logo

"Türk Hava Yolları" gələn həftədən Ankara-Bakı aviareysini bərpa edir

19:49 24-09-2020 | icon 2380
"Türk Hava Yolları" gələn həftədən Ankara-Bakı aviareysini bərpa edir

Oktyabrın 2-dən "Türk Hava Yolları" aviaşirkəti  Ankara-Bakı-Ankara marşturu üzrə xüsusi uçuşlara başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirlir. Qeyd edilib ki, uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə planlanıb və "AnadoluJet" markası ilə həyata keçiriləcək.

Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Aviareyslərə biletləri "www.anadolujet.com" səhifəsindən, eləcə də səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankaraya uçuşlarda tələbələr üçün qiymətlərdə xüsusi endirimlər də olacaq. 

Bundan əlavə, "Türk Hava Yolları"nın İstanbul şəhərinə  icra etdiyi xüsusi uçuşlar davam edəcək."Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək",-deyə məlumatda bildirilir.