logo

250 PKK terrorçusu Qarabağda 

18:59 24-09-2020 | icon 1673
250 PKK terrorçusu Qarabağda 

Suriyanın şimalında PKK-nın nəzarətində olan ərazilərdə yetişdirilən terrorçular ABŞ, Yunanınstan Ermənistana ixrac edilir. 

 YeniAvropa xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin "Haber7.com" saytının köşə yazarı Taha Dağlı yayıb. 

O “Suriya PKK-nın terror laboratoriyasına çevrilib” başlıqlı yazısında qeyd edir ki, may ayında PKK-nın terror dəstələrinin daxilində erməni taboru yaradılıb. Artıq həmin taborun təlimləri başa çatıb. 

Onlardan 250 nəfəri Ermənistanın Azərbaycana qarşı hücum əməliyyatlarında iştirak etmək üçün Cənubi Qafqaza göndərilib.