logo

Ramil Usubovun qudası Yusif İldırımzadənin qaynı qətlə yetirildi

18:33 24-09-2020 | icon 2254
Ramil Usubovun qudası Yusif İldırımzadənin qaynı qətlə yetirildi

Bu gün saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində  kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğundan bildirilib. Qeyd edilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır. 

Bu ilin mayında baş prokuror Kamran Əliyevin əmri ilə vəzifədən azad edilən Yusif İldırımzadə sabiq daxili işlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır. O, 2007-ci ildən Xətai rayon prokuroru vəzifəsini daşıyıb. Halbuki, mövcudqanunvericiliyə əsasən rayon prokurorları 5 il müddətinə vəzifəyə təyin edilirlər.