Bu il 43 min 412 nəfər ali təhsil müəssisələrinə qəbul olunub
Ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 464 nəfər iştirak edib. Onlardan 42 min 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 min 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 min 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib. Diqqətə çatdırıb ki, bu il 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadalarının, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.
Həmçinin 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
Bundan əlavə, I ixtisas qrupu 146 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 121 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 110 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.
Ümumilikdə 45 mülki ali təhsil müəssisəsinə və 7 xüsusi təyinatlı (Polis Akademiyası, DTX Akademiyası, Sərhəd Xidmətinin Akademiyası, Ali Hərbi Məktəb, Daxili Qoşunların Ali Hərbi Məktəbi, FHN Akademiyası, Tibb Universitetinin Hərbi həkim işi) ali təhsil müəssisəsinə qəbul aparılıb. Qeyd olunmalıdır ki, vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması indiki dövrdə ölkəmiz üçün ən vacib məsələlərdəndir. Bunun nəticəsidir ki, cari ildə xüsusi təyinatlı ali təhsil müəssisələrinə müraciət edənlərin sayı və yüksək balla qəbul olunanların sayı artıb.
Beləliklə, bu il həm müsabiqə nəticəsində, həm müsabiqədənkənar, həm ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olanların sayı 43412 nəfər təşkil edib. (Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanmadığı üçün bu rəqəm ümumi saya əlavə olunmayıb).
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir