logo

Yüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı

17:57 24-09-2020 | icon 2912
Yüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı

Qəbul imtahanları zamanı yüksək bal toplayan, lakin universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə məlumat verib. 

 
Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib və kənarda qalan abituriyentlərin sayı 4 nəfərdir: "Il xtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan isə cəmi 1 nəfərdir. Onun səbəbi abituriyentin yalnız bir ödənişsiz ixtisas yazmasıdır. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan 8 nəfərdir".

Sədr qeyd edib ki, qəbul olmayan həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər.