logo

 İlham Əliyev avtomobil yollarının təmirinə 12,5 milyon manat ayırdı

12:48 24-09-2020 | icon 2037
 İlham Əliyev avtomobil yollarının təmirinə 12,5 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 24-də “Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, müvafiq olaraq, 8 milyon manat və 4,5 milyon manat ayrılıb.