logo

Sabahdan ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı başlanır

11:30 24-09-2020 | icon 2793
Sabahdan ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı başlanır

Tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.Qeyd edilib ki, qeydiyyat ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali məktəblərin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc ediləcək.