logo

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib

10:09 24-09-2020 | icon 1785
Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  bu gün Gürcüstana rəsmi səfər yola düşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat  yayıb. 

Qeyd edək ki, ötən gün Gürcüstanın Xarici İşlər Nazirliyi Ceyhun Bayramovun səfər proqramı barədə məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava, eləcə də deputatlarla görüşəcək.

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.