logo

"Uşaqpulu mütləq verilməlidir" - Vahid Əhmədov

23:15 23-09-2020 | icon 1855
"Uşaqpulu mütləq verilməlidir" - Vahid Əhmədov
Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılılb: "Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın. Amma bu təkcə bizimlə bağlı olan məsələ də deyil. Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır. Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər. Ünvanllı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür. Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var”. V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O deyib ki, bəzi təkliflərdə uşaqpulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşadək verilməsi müzakirə olunur: "Bu, dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir”.