logo

Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedir

22:13 23-09-2020 | icon 1792
Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Gürcüstana rəsmi səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava, eləcə də deputatlarla görüşəcək.

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.