logo

Bitse-spiker Adil Əliyevin 23 yaşlı oğlunun maşın kolleksiyası yayıldı

22:49 23-09-2020 | icon 9002
Bitse-spiker Adil Əliyevin 23 yaşlı oğlunun maşın kolleksiyası yayıldı
Milli Məclis sədrinin müavini Adil Əliyevin 23 yaşlı oğlu Əli Əliyevin maşın kolleksiyasının şəkilləri yayılıb.
 YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Həbib Müntəzir özünün "Facebook" hesabında status paylaşıb. 
Statusda deyilir: " Bu gördüyünüz cavan oğlan, 27.02.1997 təvəllüd Əli Adil oğlu Əliyevdir. O deputat, Milli Məclisin sədr müavini Adil Əliyevin oğludur.
Dövlət nişanlı 99-HA-999 nömrə ilə bir neçə maşına sahibdir.
Bildiklərim bunlardır, "BMW X5 M",  "Porsche Panamera GTS"  və "Jiquli VAZ-2107" (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə "Cadillac Escalade" sürür. Bəzən nömrəni "BMW X5 M" dəyişərək də qanunsuz olaraq istifadə edir.
Xalq üçün qanunlar tətbiq edən, qanunun aliliyindən danışan deputatın, həm də polis polkovnikinin övladı qanunsuzluq edərək avtomobillər istifadə edir. Hələ mən onu demirəm ki, bu qədər vəsaitlər hardandır ki, 23 yaşlı cavanın avtomobil kolleksiyası var?"
 0-2
 
İddialarla bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.