logo

"Mersedes" traktorla toqquşdu-sürücü öldü

19:21 23-09-2020 | icon 322
"Mersedes" traktorla toqquşdu-sürücü öldü

Biləsuvarda "Mersedes" markalı minik avtomobili ilə traktor toqquşub.

YeniAvropa xəbər verir ki, hadisə rayon mərkəzinin M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü, Lerik rayonun Nuravud kənd sakini 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğlu ölüb, sərnişinləri isə ağır bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzada ölən sürücü xəstəxanada əməliyyat olunan bacısına qan verməkdən qayıdırmış. 

0-4