logo

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

17:57 23-09-2020 | icon 1757
Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu vəzifəsindən azad edib.

YeniAvropa xəbər verir ki, işdən çıxarılan Elşad Abbasov  SKSM-dəki yağ zavodunun direktoru olub. 

Xatırladaq ki, E.Abasov Fərhad Əliyev iqtisadi inkişaf naziri olarkən onun köməkçisi vəzifəsində çalışıb. Nazirlə birlikdə o da həbs olunub.

Qeyd edək ki, Elşad Abasov prezidentin köməkçisi-Prezidentin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi  qızının həyat yoldaşıdır.