logo

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:09 23-09-2020 | icon 336
Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 173 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib. Aktiv xəstə sayı 1822 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 73 min 255 test aparılıb. Bugünkü test sayı isə 8780-dir.