logo

Milli Məclisin sədri Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

13:48 23-09-2020 | icon 1778
Milli Məclisin sədri Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gəlib.

YeniAvropa xəbər verir ki,  nümayəndə heyəti burada “Naməlum əsgər” məzarının önünə əklil qoyub, Rusiya uğrunda canından keçən övladların xatirəsini yad edib.