logo

Türkiyədə COVID-19 peyvəndinin ilkin sınaqlarına başlanılıb

13:08 23-09-2020 | icon 2254
Türkiyədə COVID-19 peyvəndinin ilkin sınaqlarına başlanılıb

Türkiyədə Çin istehsalı olan COVID-19-a qarşı peyvəndin sınaqlarına başlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Hacettepe Universitetinin professoru Murat Gökova məlumat verib.

Bildirilib ki, ilkin mərhələdə peyvənd yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq edilib. Ötən həftə peyvənd edilən şəxslərdə indiyədək heç bir mənfi təsir aşkarlanmayıb. Professor adı çəkilən universitetdə daha 1200 tibb işçisinə peyvəndin tətbiq olunacağını, bu həftədən etibarən başda İstanbul olmaqla ölkənin bir çox tibb müəssisələrində peyvəndləmə işlərinə başlanılacağını deyib.