logo

ETSN ətrafa tullantılar atan istixanaya məcburi göstəriş verdi

10:55 23-09-2020 | icon 1785
ETSN ətrafa tullantılar atan istixanaya məcburi göstəriş verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

YeniAvropa xəbər verir ki, bu haqda  ETSN-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,  araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.ETSN ətrafa tullantılar atan istixanaya məcburi göstəriş verdi