logo

Əli Həsənovun qudası Səttar Mehbalıyev də ölkədən qaçır?

19:21 16-09-2020 | icon 259
Əli Həsənovun qudası Səttar Mehbalıyev də ölkədən qaçır?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri, parlamentin deputatı Səttar Möhbalıyevin ölkədən gedəcəyi iddia olunur.

YeniAvropa xəbər verir ki, AHİK sədri olmaqdan başqa, həm də prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qudası olan Səttar Möhbalıyevin ailəsini ölkədən çıxardığı da bildirilir.  "Yenicag.az"a daxil olan məlumata görə, Möhbalıyev son həftə ərzində yaşadığı mənzil istisna olmaqla, bütün daşınmaz əmlakını və avtomobillərini satıb.

Bir neçə gün əvvəl isə Səttar Möhbalıyevin ailə üzvləri İstanbula, oradan da, Dubaya gedib. Ailə üzvlərindən ölkədə yalnız Səttar Möhbalıyev və Qaradağ rayon Polis İdarəsinin rəisi olan oğlu İsfəndiyar Mehbalıyev qalıb.