Fatih Terim: Bizim üçün “Neftçi” ilə oyun çox önəmlidir
"Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanın bizə olan sevgisindən şübhə etmirik".
YeniAvropa xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubunun qonağı olan Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim sentyabrın 16-da təşkil olunan mətbuat konfransında səsləndirib.
Təcrübəli məşqçi bildirib ki, “Qalatasaray” avrokuboklara öyrəncəli komandadır. "İstənilən şərtlərdə sonadək mübarizə aparmaq istəyirik. Püşkatma zamanı Azərbaycan komandasına rəqib olduğumuz üçün çox sevindim. Azərbaycan çox sevdiyimiz və gözəl qonaq olduğumuz bir yerdir. Bizim üçün “Neftçi” ilə oyun çox önəmlidir. Hələ bəzi oyunçuların vəziyyəti bəlli deyil. Gərgin qrafikə bütün oyunçularımız hazır olmalıdır. Komandanın birinci və ikinci heyətlərinin vəhdətini təmin etmək istəyirəm. Meydana çıxan futbolçular üzərilərinə düşən vəzifənin öhdəsindən gəlməlidirlər",-deyə Fatih Terim bildirib.
Aeroport və hoteldə böyük sevgi ilə qarşılandıqlarını deyən F.Terim buna baxmayaraq meydana qələbə üçün çıxacaqlarını deyib: "Rəqibin iki matçı - Şimali Makedoniyanın “Şkupi” və “Səbail” ilə görüşlərini izlədim. “Neftçi” 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclü klubdan biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison və Stiven Monrozun önəmli oyunçular olduqlarını bilirəm”, - deyə 67 yaşlı mütəxəssis sözlərinə əlavə edib.
Bildirib ki, “Avro-2020”də Türkiyə millisi iki matçını Bakı Olimpiya Stadionunda keçirəcək. Azərbaycanı öz məmləkətimiz kimi hesab edirik. Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bakı Olimpiya Stadionunda ilk dəfə mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların üstünlüyü məhz azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur.
“Qalatasaray”ın qapıçısı Fernando Musleranın ayağının qırılmasından təəssüfləndiyini bildirən baş məşqçi deyib: “Muslera bizim üçün bir qapıçıdan daha önəmlidir. Tezliklə yaşıl meydanlara dönməyə çalışır. Amma digər qapıçılarımıza da güvənirik. Musleranın karyerasını “Qalatasaray”da bitirəcəyini də düşünürəm. Bu qədər xidmət edib və etməkdə də davam edəcək”.
Türkiyəli mütəxəssis qeyd edib ki, “Qalatasaray” Azərbaycanda bir başqa cür sevilir. Azərbaycanda yoxlama görüşü keçirmək sözü verə bilərəm. Yetər ki, pandemiya bitsin. Bir deyil, bir neçə oyun üçün və ya təlim-məşq toplanışı üçün gələ bilərik. İnşallah, burada birlikdə bir neçə gözəl gün keçirərik. Sosial məsafəni də isti məsafəyə çevirərik.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək