logo

Azərbaycana və Türkiyəyə səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək

18:10 16-09-2020 | icon 1932
Azərbaycana və Türkiyəyə səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək

Azərbaycanla Türkiyə arasında səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək
”Azərbaycan-Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rejimi ola bilməz. Biz bunu qarşılıqlı olaraq aradan qaldırmışıq”.

YeniAvropa xəbər verir ki, bu fikirləri  “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda xarici işlər nazirinin müavini Xələf Xələfov səsləndirib.

Nazir müavini deyib ki,  gediş-gəlişi asanlaşdırmağın başqa üsulları da var: “Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi qaldırılıb. Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq. Biz hazırda texniki baxımdan sənədlərin razılaşdırılması ilə məşğul oluruq. Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”.