logo

Tofiq Yaqubluya qan köçürülüb

16:07 16-09-2020 | icon 2009
Tofiq Yaqubluya qan köçürülüb

Müsavat partiyasının keçmiş sədr müavini, həbsdə olduğu müddətdə artıq 15 gündür ki aclıq aksiyası keçirən Tofiq Yaqubluya qan köçürülüb.

 YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında  Tofiq Yaqublunun həkimi Adil Qeybulla məlumat verib.

Onun sözlərinə görə, T. Yaqublunun vəziyyəti aclıq aksiyasına adekvatdır.  "Onun həm çəkisində, həm də qan göstəricilərində dəyişiklik var. Qan göstəricilərinin aşağı düşməsi tendensiyası müşahidə edilir. Bütün bunlara görə, biz məcburən müəyyən tədbirlər gördük. Ona qan və plazma köçürülməsi işinə başladıq. Bu fonda Tofiq Yaqublunun vəziyyətini ümumi stabil saymaq olar. Huşu özündədir. Hamıya salam deyir və optimist əhval ruhiyyədədir”, -deyə Adil Qeybulla bildirb. .