logo

Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

15:50 16-09-2020 | icon 1764
Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 151 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirlib. Qeyd edilib ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı 1940 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 27 min 685 test aparılıb. Bugünkü test sayı isə 7656-dir.