logo

"Qalatasaray" artıq Bakıdadır

14:08 16-09-2020 | icon 294
"Qalatasaray" artıq Bakıdadır

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin məşhur “Qalatasaray” klubu Azərbaycana gəlib.

 YeniAvropa xəbər verir ki, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Baş məşqçi Fatih Terim bu gün axşam saatlarında Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini keçəcək. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.