logo

Sabah Bakıda fasilələrlə yağış yağacaq, 26° isti olacaq

12:57 16-09-2020 | icon 1792
Sabah Bakıda fasilələrlə yağış yağacaq, 26° isti olacaq

Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən səhər və axşam fasilələrlə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 23-26° isti olacaq. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 14-19°, gündüz 29-34° isti olacağı ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 14-19°, gündüz 23-27° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 14-17° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturu gecə 18-20°, gündüz 20-25°, dağlarda gecə 13-15° isti, gündüz 20-22° isti olacaq.