logo

Azərbaycanda bu il 70 mindən artıq uşaq doğulub

18:11 15-09-2020 | icon 266
Azərbaycanda bu il 70 mindən artıq uşaq doğulub

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70 390 yeni doğulan körpә qeydә alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirlib. Qeyd edilib ki,  әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәmdir.

Son aylarda Azərbaycanda yeni doğulan körpələrdə oğlan uşaqlarının faiz nisbəti artmaqdadır. Belə ki, bu ilin yanvar-aprel ayında doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qız uşaqları, yanvar-may aylarında doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.