logo

İran Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir

16:31 15-09-2020 | icon 2394
İran Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir

İranla Azərbaycan arasında siyasi əlaqələr ən yüksək səviyyədə inkişaf edib. Amma bu sözləri ölkələrimiz arasında iqtisadi əlaqələr haqda demək demək mümkün deyil. Bu sahədə görüləcək işlər çoxdur. Bir səfir olaraq bu istiqamətdə səylərimi gücləndirəcəyəm. Planlaşdırılan yeni layihələrin icrası Azərbaycan və İran iqtisadiyyatları bir-birinə daha da yaxınlaşacaq.

YeniAvropa xəbər verir ki, bu fikri İranın Azərbaycana yeni təyin etdiyi səfiri Seyid Abbas Musəvi bu gün keçirdiyi ətbuat konfransında səsləndirib. 

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirən diplomat deyib ki, bu potensialdan yararlanaraq iki ölkə arasındaki mıvcud iqtisadi əlaqələri daha da irəliyə aparmaq mümkündür. 

" İqtisadi əməkdaşlıqla bağlı 30-a yaxın layihəmiz var, onların 14-nü bu il həyata keçirmək istəyirik. Bunlar nəqliyyat, enerji, kənd təsərrüfatı və tibb sahələri ilə əlaqədardır. Bu layihələrin icrası ilə iki ölkənin iqtisadiyyatı bir-birinə daha da yaxınlaşacaq",-deyən səfir iki ölkənin müvafiq strukturları arasında mütəmadi olaraq iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparıldığını vurğulayıb. 

Dost, qonşu və müsəlman ölkələri olan İran ilə Azərbaycanın arasında uzunmüddətli münasibətlərin inkişaf etməkdə olduğunu bildirən səfir qeyd edib ki, Azərbaycan-İran münasibətlərinin inkişafında heç bir maneə yoxdur.

"Xalqlarımız və ölkələrimiz arasındakı bu əlaqələr, qarşılıqlı əməkdaşlığımız sayəsində burada özümü yad hiss etmirəm. Dövlətlərimizin başçıları arasında da səmimi və yaxşı münasibətlər qurulub. İran ilə Azərbaycan arasındakı əlaqələr heç vaxt indiki qədər güclü və möhkəm olmayıb”,-deyə səfir bildirib. .

S.Musəvi, həmçinin qeyd edib ki, qonşularla, o cümlədən Azərbaycanla münasibətlər İran üçün vacibdir və bu əlaqələr başqa ölkələr üçün nümunədir. “Biz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyırıq, dəstəkləyirik və onlara hörmət edirik”, - deyə diplomat vurğulayıb.