logo

Sabah Bakıda yağış yağacaq, 28° isti olacaq

13:57 15-09-2020 | icon 1918
Sabah Bakıda yağış yağacaq, 28° isti olacaq

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.

Sentyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 25-30°, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.