logo

Mehriban Əliyevadan Bilik Günü  təbriki

12:55 15-09-2020 | icon 336
Mehriban Əliyevadan Bilik Günü  təbriki

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr!

⠀Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram. Bilik Gününüz mübarək!”