logo

Ermənilərin Tovuzdakı təxribatı nəticəsində hərbçimiz yaralanıb

10:41 15-09-2020 | icon 1582
Ermənilərin Tovuzdakı təxribatı nəticəsində hərbçimiz yaralanıb

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, atəşkəs rejiminin düşmən tərəfindən kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub. Əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.