logo

Ziya Məmmədov Ramiz Mehdiyevə 20 ha ərazisi olan villa hədiyyə edib

16:49 14-09-2020 | icon 1974
Ziya Məmmədov Ramiz Mehdiyevə 20 ha ərazisi olan villa hədiyyə edib

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin Göyçayın HüngüMilli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin Göyçayın Hüngütlü kəndində yerləşən villasının satışa çıxarması barədə məlumat vermişdik. 

YeniAvropa xəbər verir ki, araşdırmaçı jurnalist Həbib Müntəzi "Facebook" hesabında  2,5 milyon manata satışa çıxarılan həmin villa ilə bağlı yeni məlumatlar paylaşıb. 

Villa hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub.Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.

Villanı akademikə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun bağışladığı iddia edilir.

Ziya Məmmədov həmin villanı xalası oğlu Mənsur Məmmədov Göyçayın icra başçısı olan zaman inşa etdirib. Mənsur Məmmədov hazırda Ucar rayonunun icra başçısıdır. 

20 hektar əraziyə sahib malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə birlikdə süni göl də var. Villa 2014-cü ildə tikilib. Ondan əvvəl isə ərazi düzənlik olub.

"Sahibləri orda oldu-olmadı xadim və xadimələr ilin bütün günləri yaxınlıqdakı daxmalarda yaşayır və saraya nəzarət edir, təmizləyirlər. Bunun üçün də müəyyən məbləğ vəsait alırlar.

Azərbayxan xalqının sərvətlərini oğurlayıb bir-birlərinə görün necə hədiyyələr ediblər və hələ də etməyə davam edirlər, çünki sistem dəyişməyib, şəxslər dəyişib",-deyə jurnalist qeyd edib.