Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzovun postuna hələ ki, təyinat yoxdur. YAP-çı deputat partiyadakı vəzifəsindən avqustun 24-də istefa verib.
YeniAvropa xatırladır ki, Siyavuş Novruzovun bu addımına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yaranmış qalmaqal səbəb olub.
Belə ki, Siyavuş Novruzov da xüsusi karantin rejimində təşkil edilən həmin toy mərasimində iştirak edib. Halbuki, YAP-çı deputat parlamentdə daima karantin qaydalarının pozulmasına görə cərimələrin artırılmasının tərəfdarı kimi çıxış edirdi. Bu baxımdan, onun karantin qaydalarına ziddi olaraq təşkil olunan toy mərasiminə qatılması ictimaiyyət tərəfindən sərt təpki gördü.
Xüsusilə, YAP-çı deputatın “iştirak etmişəm, düz etmişəm” fikri cəmiyyətə, qanunlara sayğısızlıq kimi dəyərləndirilərək onun cəzalandırılması tələb edildi. Nəhayət, ictimai təpki Siyavuş Novruzovun “Ramiz Mehdiyevi bizi aldatdı” açıqlaması və partiyadakı mühüm postundan istefa verməsi ilə nəticələndi.
Bu olayın üstündən 20 gündən artıq vaxt keçsə də, YAP-ın icra katibinin müavini postu boşdur. YAP-ın Nizamnaməsinə əsasən partiyanın rəhbər strukturlarını Siyasi Şura seçir. Bəs Siyasi Şurası nə zaman toplanacaq və Siyavuş Novruzovu kim əvəzləyəcək?
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Yenisabah.az"a açıqlamasında bildirib ki, bu məsələ partiya sədrinin səlahiyyətlərinə aiddir. “Partiyanın Nizamnaməsinə görə rəhbər strukturları Siyasi Şura seçir. Lakin sədrin təqdimatı olmalıdır. Partiya sədrinin təqdimatı olacağı təqdirdə bu məsələ həllini tapacaq. Yəni, bu nə vaxt baş verməsi sədrin təqdimatından asılı olacaq”, - deyə Aydın Mirzəzadə vurğulayıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq