logo

Ermənlərin sərhəddə yeni təxribatı: Tovuzun Əlibəyli kəndi atəşə tutulub

11:51 14-09-2020 | icon 1904
Ermənlərin sərhəddə yeni təxribatı: Tovuzun Əlibəyli kəndi atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.