logo

Yoşihide Suqa Yaponiyanın hakim partiyasının yeni sədri oldu

10:56 14-09-2020 | icon 2401
Yoşihide Suqa Yaponiyanın hakim partiyasının yeni sədri oldu

Sentyabrın 14-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçilib. Onun tezliklə ölkənin baş naziri vəzifəsini tutacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə yerli "NHK" teleşirkəti məlumat yayıb. Y.Suqa LDP-nin qərargahında keçirilən seçkilər zamanı 377 səs toplayaraq qalib gəlib. Onun rəqibləri sabiq xarici işlər naziri Fumio Kişida 89, keçmiş müdafiə naziri Şiqeru İşiba isə 68 səs toplayıb. Səsvermənin gedişi "NHK" telekanalı ilə canlı olaraq yayımlanıb.

Sentyabrın 16-da  Yaponiya parlamentinin ölkənin yeni baş nazirini təsdiq edəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyanın baş naziri Sinzo Abe səhhətinin pisləşməsi ilə əlaqədar istefa verib. 65 yaşlı hökumət başçısı uzun müddət mədə xorasından müalicə alıb. 

Xatırladaq ki, Sinzo Abe Yaponiyanın ən tanınmış siyasi xadimlərindəndir. O, 2000-ci ildən aktiv siyasətlə məşğuldur. Elə həmin il Yaponiyanın Liberal-Demokrat Partiyasının(YLDP) rəhbərliyində təmsil olunur. 2006-cı ildə keçirilən parlament seçkilərində YLDP-nin parlaq qələbəsindən sonra ilk dəfə hökumətə başçılıq etməyə başlayıb. 52 yaşlı Abe Yaponiyanın tarixində ən gənc hökumət başçısı olub.  Lakin yürüdülən islahatlar ölkədə hökumətin nüfuzunun getdikcə aşağı enməsi səbəb olub və Abe 1 il sonra istefa verib. Növbəti dəfə 5 il sonra-2012-ci ildə YLDP yenidən Sindzo Abeni Yaponiya hökumətinin rəhbərliyinə gətirib. Və Abe bu dəfə Yaponiya tarixində baş nazir postunda redord müddətdə-8 il qalıb.