logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

21:48 13-09-2020 | icon 1701
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 13-nə olan statistik göstəriciləri açıqlayıb.

 YeniAvropa xəbər verir ki, məlumata əsasən son sutka ərzində ölkədə koronavirusa görə 6751 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 9 min 478-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 117, süni tənəffüs cihazında olan xəstə sayı 11 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib.

Aktiv xəstə sayı 2009 nəfərdir.