logo

Astarada gəlin qaynatasını bıçaqladı

20:29 13-09-2020 | icon 6468
Astarada gəlin qaynatasını bıçaqladı

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.