logo

Afaq Bəşirqızının oğlu məktəbə direktor təyin edilən xanımını boşayır

12:15 13-09-2020 | icon 2086
Afaq Bəşirqızının oğlu məktəbə direktor təyin edilən xanımını boşayır

Afaq Bəşirqızının oğlu ötən ay Təhsil Nazirliyi tərəfindən 7 saylı tam orta məktəbə  direktor təyin edilən xanımını boşayır.

 YeniAvropa xəbər verir ki, bununla bağlı xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması üçün Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.
Xatırladaq ki, Təhsil Nazirliyinin 12 avqust 2020-ci il qərarına əsasən, paytaxtdakı  7 saylı  tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya  ilə əlaqədar olaraq,  məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

Qeyd edək ki, Könül-Səmral Təhməzovların iki oğlu var. Oğlanların böyüyü SSRİ xalq artisti, unudulmaz Bəşər Səfəroğlunun adını daşıyır.