logo

Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə DYP-yə qalib gəldi

15:55 12-09-2020 | icon 2219
Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə DYP-yə qalib gəldi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, keçmiş deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov məhkəmədə Dövlət Yol Polisinə qalib gəlib.

 
YeniAvropa xəbər verir ki, A.Məmmədov bir müddət əvvəl Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilərək onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət edilib.
 
Məhkəmə A.Məmmədovun müraciətinə baxıb və onun xeyrinə qərar qəbul edib.
Məsələ ilə bağlı sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədov sözügedən iş üzrə məhkəmədə qalib gəldiyini təsdiqləyib.
"Məhkəmədə bir daha isbatlandı ki, oğlumun haqqında görülən tədbir əsassız olub”,-deyə E.Məmmədov vurğulayıb.  
Qeyd edək ki, DYP tərəfindən A.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə ittiham olunurdu.
Bu səbəbdən də A.Məmmədovun 04.06.2018-ci ildən 04.06.2019-cu ilədək sürücü hüququ məhdudlaşdırlıb.