logo

Nizami Xudiyevin prokuror müavini olan oğlu işdən çıxarıldı

11:08 12-09-2020 | icon 2422
Nizami Xudiyevin prokuror müavini olan oğlu işdən çıxarıldı

Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə baş prokuror Kmran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən Xətai rayon prokurorunun müavini Nazim Nizami oğlu Xudiyev  tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.