logo

Əli Həsənov indi də Klivlendə gedir-hətta prezidentə də məlumat verib

13:10 11-09-2020 | icon 2100
Əli Həsənov indi də Klivlendə gedir-hətta prezidentə də məlumat verib

Prezidentin sabiq köməkçisi Əli Həsənov indi də Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyir.

YeniAvropa xəbər verir ki, bu barədə o, özünün “Facebook” hesabında  status paylaşıb.

Bildirib ki, o, ölkədən qaçmayıb, sadəcə müalicə olunur. Hətta bu haqda prezidentə məlumat verdiyini də qeyd edib: 
“Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm.

Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm”.