logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 7 min nəfərə yaxınlaşır

23:10 10-09-2020 | icon 2401
Türkiyədə koronavirusdan ölənlərin sayı 7 min nəfərə yaxınlaşır

Türkiyədə son sutka ərzində koronavirusdan 58 nəfər dünyasını dəyişib, 1512 nəfər isə virusa yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 895-ə, yoluxanların sayı isə 286 455-ə yüksəlib.

Son 24 saat ərzində 1219 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ümumilikdə sağalan xəstə sayı 255 407-yə çatıb.