logo

Məktəblərdə idman zalı, kiitabxana və yeməkxanalar işləməyəcək

22:49 10-09-2020 | icon 2373
Məktəblərdə idman zalı, kiitabxana və yeməkxanalar işləməyəcək

Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana, hovuz və yeməkxanadan istifadə dayandırılır.

 YeniAvropa xəbər verir ki, bu Nazirlər Kabinetinin təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, internat tipli təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.

İnternat tipli ümumi təhsil müəssisələrində yeməkxanalar bu şərtlərlə fəaliyyət göstərəcək:

-yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

-yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür;

-təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir;

ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır;

yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır;

yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir;

mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur;

peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.