logo

Vilyam Hacıyev həbsdə qalası oldu

18:28 10-09-2020 | icon 2079
Vilyam Hacıyev həbsdə qalası oldu
Bakı Apelyasiya Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
 
YeniAvropa xəbər verir ki,hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib və  V.Hacıyev həbsdə qalıb.
 

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.