logo

Sahibə Qafarovanın Türkiyədə ilk rəsmi səfəri başlayıb

18:08 10-09-2020 | icon 1946
Sahibə Qafarovanın Türkiyədə ilk rəsmi səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, səfərdə Azərbaycan nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Süreyya Sadi Bilgiç qarşılayıb və onlar arasında görüş olub.

Tərəflər Azərbaycan və Türkiyə parlamentləri haqqında fikir mübadiləsi aparıblar, hər iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər.

S. Qafarova Azərbaycan parlamentinin nümayəndə heyətini Türkiyə tərəfinə təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində S.Qafarovanın bu gün Türkiyənin ticarət naziri Rühsar Pekcanla görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 12-də başa çatacaq.

Sahibə Qafarova Türkiyədə səfərdədir - Foto