logo

Dubay şeyxinə ərə gedən gimnastımızın valideynləri həbs edildi

17:29 10-09-2020 | icon 3283
Dubay şeyxinə ərə gedən gimnastımızın valideynləri həbs edildi

Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı gimnast Zeynəb Cavadlının valideynləri Dubayda yerli polis tərəfindən həbs edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə gimnast özü sosial şəbəkədə paylaşım edib. Lakin Zeynəb Cavadlı baş verənlərin səbəblərinə aydınlıq gətiməyib. Bəlli olan yalnız odur ki, vətənə dönmək istəyən Zeynəb Cavadlının övladlarını əlindən almaq istəyirlər. 

Xatırladaq ki, Zeynəb Cavadlı 1999-2012-ci illərdə Azərbaycanın bədii gimnastika yığmasının tərkibində çıxış edib. Dünya və Avropa çempionatlarının, eləcə də müxtəlif mötəbər turnirlərin gümüş və bürünc mükafatçısıdır. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətinə son verərək məşqçilik karyerasına başlayıb. 2013-cü ildə özünün gimnastika məktəbini açıb.

Zeynəb Cavadlı 2015-ci ildə Dubay əmirinin qardaşı oğlu Səid Əl Məktumla ailə həyatı qurub. Onlar həmin ilin mayında Qəbələdə stend atıcılığı turnirində tanış olublar. 

2016-cı ildə Əl Məktumla birgə nikahdan qızı Sana dünyaya gəlib. Uşaq Səidin nənəsinin adını daşıyır. 2017 və 2019-cu illərdə isə onların daha iki övladı dünyaya gəlib.