logo

Ata Bakıda həbsxanada olan oğluna Ağsudan narkotika gətirdi

15:45 10-09-2020 | icon 2086
Ata Bakıda həbsxanada olan oğluna Ağsudan narkotika gətirdi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki,  Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Abdullayev Ramil Çingiz oğluna atası Ağdaş şəhər sakini Abdullayev Çingiz Səlim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatdakı cins şalvara xüsusi üsulla hopdurulmuş 0,128 qram heroin aşkarlanıb.

Faktla bağlı təhqiqat aparılır.