logo

Ramiz Mehdiyev:"Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər"

14:10 10-09-2020 | icon 798
Ramiz Mehdiyev:"Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər"

"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur". 

YeniAvropa xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı «Təzadlar»a açıqlamasında səsləndirib. 

Sabiq PA rəhbəri daha sonra deyib: "Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər".

Ramiz Mehdiyev deyib ki, onlardan bəziləri ilə yaxın zamanlarda hüquq müstəvisində münasibətlərini aydınlaşdıracaq: "Onlardan bəzilərini məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".