logo

Sarayda “Mercedes” lər toqquşdu: 10 nəfər yaralandı

10:59 10-09-2020 | icon 7175
Sarayda “Mercedes” lər toqquşdu: 10 nəfər yaralandı

Abşeron rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza ötən axşam rayonun Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, hərəkətdə olan “50 DG 539” və “90 EN 982” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.