logo

“Kontakt Home” təzminat ödəmək məcburiyyətində qalacaq–Qalmaqa

19:31 09-09-2020 | icon 2464
“Kontakt Home” təzminat ödəmək məcburiyyətində qalacaq–Qalmaqa

Bir müddət əvvəl "Facebook” sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları "Müştəriyəm, şikayətim var” qrupu "Kontakt Home” tərəfindən satın alınıb. Buna səbəb vətəndaşların əksəriyyətinin qrupda "Kontakt Home”un fəaliyyətindən şikayət etməsi olub. Qurum rəhbərliyi onlar əleyhinə olan şikayətləri təsdiq etməməklə yanaşı, qrupdan rəqib şirkətlərə qarşı qaralama kampaniya aparmaq üçün də istifadə edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, rəhbəri olduğu təşkilat hər gün "Kontakt Home”la bağlı şikayət qəbul edir: "Qrup məsələsi haqqında bağlı bizə şikayət olmayıb. Lakin "Kontakt Home”dan hər gün şikayət gəlir. Bu gün də iki şikayət daxil olub, ərizələrini qəbul etmişəm. Mən ötən ay "Kontakt Home”un rəhbərliyi ilə görüşdüm, hüquqşünası ilə danışıb təklif etdim ki, problemi danışıqlar yolu ilə həll edək. Lakin ondan sonra da şikayət ərizələri qəbul etdik. "Kontakt Home” dəfələrlə köhnə əşyaları vətəndaşlara təzə adı ilə satıb”.

AİB-in sədri vurğulayıb ki, əgər "Kontakt Home”a rəqib şirkətlər məhkəmə iddiası qaldırsalar, "Kontakt Home” mütləq şəkildə təzminat ödəmək məcburiyyətində qalacaq: "Təzminatın məbləği rəqib şirkətlərin işgüzar nüfuzuna nə qədər ziyan dəyməsindən asılı olacaq. Gərək ki, rəqib şirkətlər məhkəmədə iddia qaldırsın və bunu əsaslandırsın. Qrupu satın almaları ilə bağlı isə heç bir hüquqi məsuliyyət yoxdur. Ola bilər ki, əvvəlki qrup rəhbərlərini təsir altına salıblar. Gərək, onların iradələri möhkəm olaydı. Azad İstehlakçılar Birliyi 23 il iradəsini heç kəsə təslim etmədiyi kimi, onlar da dözüm göstərməli idi. Əgər o qrup Azad İstehlakçılar Birliyinə inteqrasiya olunsa, mən onlarla çox effektli işləyərəm və kömək edərəm ki, onlar iradəsini heç kimə təslim etməsinlər”.