logo

UEFA "Qarabağ" - "Molde" oyununun yerini açıqladı

18:29 09-09-2020 | icon 3780
UEFA "Qarabağ" - "Molde" oyununun yerini açıqladı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdamın "Qarabağ" və  Norveçin  "Molde" komandaları arasında keçiriləcək oyunla bağlı qərarını açıqlayıb.

YeniAvropa  qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərinə təyin olunub.

Oktyabrın 16-da "AEK Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, püşkün nəticəsinə əsasən "Qarabağ" - "Molde" oyunu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Amma Norveç klubu Azərbaycan paytaxtından dönüşdə 10 günlük karantinə alınacağı üçün UEFA qarşılaşmanın neytral meydanda oynanılmasına qərar verib.