Əli Həsənov əslində Türkiyəyə niyə gedib?
Xəbər verdiyimiz kimi, ötən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.
YeniAvropa xəbər verir ki, qəribəsi də odur ki, səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü iddia edilən Əli Həsənov orada xəstəxanaya deyil, otelə yerləşib.
İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli "booking.com” vasitəsilə sifariş edib.
Bir neçə il əvvəl Əli Həsənovun qudası, millət vəkili Səttar Möhbalıyevin həyat yoldaşının vasitəçiliyi ilə İstanbulun ən bahalı yaşayış mərkəzlərindən hesab olunan "Bal Mumcu” ərazisində 75 milyon lirəyə villa aldığı bildirilir. Lakin maraqlıdır ki, İstanbulda bahalı villasının olmasına baxmayaraq, Əli Həsənov öz villasında qalmaq istəməyərək İstanbulun "Moda” adlanan ərazisindəki "Double Tree” otelində qalmağa üstünlük verib.
Türkiyə hökumətinə yaxın mənbədən "yeniavaz.com"a daxil olan məlumatda bildirilir ki, adına onlarla bank kartı olmasına baxmayaraq, Əli Həsənov oteldə kredit kartı olmadığını bildirərək, bütün ödəmələri nəğd şəkildə həyata keçiriləcəyini bəyan edib.
Mənbənin məlumatına görə, səhhətində ciddi problemlər yarandığı deyilən və bu səbəbdən Türkiyəyə gedən Əli Həsənov Türkiyənin heç bir həkiminə güvənməyərək orada öncədən dostu olduğu azərbaycanlı həkimin müayinəsinə gedir.
İstanbula səfərinin müalicə xarakterli olduğu bildirən Əli Həsənov orada "Mərmərə Qrupu”nun üzvləri ilə hər gün görüş keçirir. Qeyd edək ki, "Mərmərə Qrupu”nun rəhbəri Akkan Suvər 1987-1995-ci illərdə Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub.
4 sentyabr tarixində "Facebook” sosial şəbəkəsindəki hesabında səhhətinin ağır olduğundan yazan Əli Həsənov elə mesajı yazdığı radələrdə İstanbuldan Antalyaya səfər edib və maraqlıdır ki, İstanbuldan Antalyaya səfər edən zaman Əli Həsənov təyyarədən yox avtomobildən istifadə etməyə üstünlük verib.
Prezidentin sabiq köməkçisinin Türkiyə səfərilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, səhhətində ciddi problemlərin olduğu iddia edilən Əli Həsənovun oğlu Şamxal Həsənov atası ilə eyni təyyarədə İstanbula getməyib. Yalnız atasının İstanbula getməsindən 2 gün sonra Şamxal Həsənov bu şəhərə gəlib.
Əli Həsənov Antalyaya yola düşən zaman oğlu Şamxal Həsənov da "Misir Hava Yolları”na bilet alaraq Ərdoğan höküməti ilə ziddiyyətdə olan Qahirəyə gözlənilməz səfər edir.
Məsələ ilə bağlı Əli Həsənov oğlu Şamxal Həsənovdan münasibət öyrənmək istəsək də, onun telefon nömrəsinə zəng çatmadı. Vaxtı ilə Əli Həsənovun ailə üzvlərinə məxsus biznes şəbəkəsinə rəhbərlik edən, "Xəzər” TV-nin sabiq direktoru Mahmud Taharlı isə suallarımıza cavab verməkdən yayınaraq bildirdi ki, mən sadə vətəndaşam, məni bu məsələlər qarışdırmayın.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır